Azərbaycanda Beynəlxalq Sığorta Forumu 6-cı dəfə keçiriləcək

Azərbaycanda Beynəlxalq Sığorta Forumu 6-cı dəfə keçiriləcək
16:23 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) 2015-cü il büdcəsini təsdiqləyib.

Trend ASA-ya istinadən məlumat verir ki, büdcə Assosiasiyanın təsisçilərinin ümumi yığıncağında qəbul edilib.

Yığıncaqda 2014-cü ildə görülən işlər və layihələr, eləcə də 2015-ci ilə planlaşdırılan tədbirlər müzakirə olunub.

Həmçinin fevralın sonunda III Milli Sığorta Agentlərinin Forumunun və iyulun əvvəlində VI Azərbaycan Beynəlxalq Sığorta Forumunun keçirilməsi haqqında qərar qəbul edilib.

Bundan əlavə, yığıncaq iştirakçıları Baden-Badendə ənənəvi sığortaçılar və təkrar sığortaçılar həftəsində “Azərbaycan gecəsi”nin təşkilini müzakirə ediblər.

Yığıncaqda Azərbaycanda fəaliyyət göstərən bütün sığorta şirkətlərinin rəhbərləri iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR