Şəki sakinini cərəyan vurdu

Şəki sakinini cərəyan vurdu
11:12 10 Avqust 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Kanal S/Region TV xəbər verir ki, Şəki sakinini elektrik cərəyanı vurub. Hadisə dünən gecə 01.10 radələrində qeydə alınıb. Şəkinin Kiş kənd sakini, 1999-cu il təvəllüdlü Əhmədov Ramin Kamil oğlu cərəyan vurma diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan alınan məlumata görə, zərərçəkən evdə əli yaş halda elektrik açarını dövriyyəyə qoşmaq istəyib. Bu zaman onu cərəyan vurub. Xəstə daxil olanda vəziyyəti ağır olub. Ona ilkin tibbi yardım göstərilib və səhərə yaxın xəstəxanadan təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/361903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR