Bu gün baş verəcək hadisə 200 ildə bir dəfə baş verir

Bu gün baş verəcək hadisə 200 ildə bir dəfə baş verir
16:26 26 Yanvar 2015
257 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Yerə yaxınlaşan asteroidi gözlə görmək mümkün olacaq.

ANS PRESS-in məlumatına görə, bu gün 2004 BL86 asteroidi son 200 il ərzində Yerə ən yaxın məsafadən keçəcək. Bu xəbəri "Amerika Milli Kosmik Agentliyi” (NASA) yayıb. Asteroid Yerə bu qədər yaxınlaşdığı üçün onu adi gözlə də görmək mümkün olacaq. Nəhəng göy cismi Yerə Bakı vaxtı ilə 20:20-də yaxınlaşacaq. Lakin bu yalnız Şimal yarımkürəsində mümkün olacaq.

Bununla belə, NASA-dan bildirilib ki, asteroidin Yer kürəsi və əhali üçün heç bir təhlükəsi yoxdur.

Qeyd edək ki, ölçüsü təxminən 0,5 km, çəkisi isə 157 milyon ton olan nəhəng göy cismi ilk dəfə 2004-cü il yanvarın 30-da Amerikanın Nyu-Meksiko ştatındakı teleskopla görünmüşdü.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321955

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR