Lətifə Soyuöz ana olmağından danışdı

Lətifə Soyuöz ana olmağından danışdı
16:26 26 Yanvar 2015
184 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Lətifə Soyuöz oğluna dünyasını dəyişmiş qayınatasının adını qoyub.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən sənətçi hamiləliyi dövründə efirdən uzaqlaşmasından danışıb:

“Atamın adını qardaşım öz övladına qoyub. Mən də oğluma qayınatamın adını – Arif qoydum. Ana olmağa hazırlaşan sənətçiləri efirdə görəndə xoşuma gəlirdi. Amma növbə özümə gələndə nədənsə istəmədim. Artıq hamiləliyim bilinəndə efirdən getdim. Övlad sahibi gec oldum. Təhsil alırdım, həm də yaşım az idi. Nədənsə o ərəfədə ana olmaq istəmirdim. Amma hamilə olduğumu öyrənəndə sevindim”.

Yaradıcılığından söz açan L.Soyuöz “Hədəf” klipinin Almaniyada “Top 50”yə daxil olduğunu deyib:

“Həmin sırada dünyanın 50 ölkəsindən ifaçılar var. Mənim klipim siyahıda üçüncü yerdədir”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR