Avroliqanın "pley-off"çuları üz-üzə - YENİLƏNİR

Avroliqanın "pley-off"çuları üz-üzə -   YENİLƏNİR
12:27 10 Avqust 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında I tura yekun vurulacaq. Fanat.az хəbər verir ki, ikinci oyun günündə iki matç baş tutacaq.

Hər iki oyun eyni saatda - 21.00-da başlayacaq. Turun mərkəzi qarşılaşması Qəbələdə keçiriləcək. Son mövsümün qızıl və bürünc mükafatçıları - "Qarabağ"la "Qəbələ" üz-üzə gələcək. Avropa Liqasının "pley-off" mərhələsinə çıхan komandaların oyununda ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.

Günün digər oyununda yenidən Premyer Liqaya qayıdan "Rəvan" "Sumqayıt"ı qəbul edəcək. Oyunda İnqilab Məmmədov fit çalacaq.

Qeyd edək ki, turun üç oyunu dünən keçirilib. "Xəzər Lənkəran" "İnter"i 2:0, "Zirə" AZAL-ı 1:0 hesabı ilə yenib, "Neftçi" - "Kəpəz" matçında qalib müəyyənləşməyib - 0:0.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, I tur

10 avqust
Qəbələ - Qarabağ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. Saat 21.00.

Rəvan - Sumqayıt
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Bayıl Arena". Saat 21.00.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avroliqann-quotpley-offquotcular-uz-uz-t43165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR