​Türkiyədə terrorçular hərbi vertolyota atəş açıb, bir əsgər yaralanıb

​Türkiyədə terrorçular hərbi vertolyota atəş açıb, bir əsgər yaralanıb
12:27 10 Avqust 2015
84 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 avqust . REPORT.AZ/ Türkiyənin şərqi Anadolu bölgəsində, İraq və Suriya ilə sərhəddə yerləşən Beytüşşəbap əyalətindən ölkənin Şırnak bölgəsinə əsgərləri aparan "Skorsky" vertolyotu terrorçu PKK silahlıları tərəfindən raket hücumuna məruz qalıb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə nəticəsində bir əsgər ağır yaralanıb.
Hadisə baş verən ərazi "Kobra" tipli vertolyotlardan atəşə tutulub. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-terrorcular-herbi-vertolyota-ates-acib-bir-esger-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR