Xəlil Rzanın seçilmiş əsərlərinin təqdimat mərasimi keçirildi

Xəlil Rzanın seçilmiş əsərlərinin təqdimat mərasimi keçirildi
21:14 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

"Xalq" Bankın baş ofisində Xəlil Rzanın “Xalq Əmanəti” layihəsindən nəşr olunan seçilmiş əsərlərinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində şairin ailə üzvləri, millət vəkilləri, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

 

Millət vəkili Nizami Cəfərov, akademik Teymur Kərimli, xalq şairi Zəlimxan Yaqub və başqaları Xəlil Rzanın həyat və yaradıcılığı haqqında çıxış edib, onu XX əsr Azərbaycan poeziyasının böyük şairi kimi dəyərləndiriblər.

 

Qeyd olunub ki, Xəlil Rza Ulutürk bədii-fəlsəfi fikir tariximizə təkcə şair kimi deyil, həm də alim, tərcüməçi, publisist və salnaməçi kimi daxil olub. 36 bədii, 15 tərcümə, 13 elmi, 7 memuar kitabının müəllifi olan Xəlil Rza Ulutürkün bədii-publisistik, elmi-fəlsəfi irsinə həsr olunmuş 9 kitab nəşr edilib.

 

Topluda şairin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb.

 

Qeyd edək ki, layihənin rəhbəri Rafiq Həşimov, tərtibçisi və redaktoru Yusif Günaydın, məsləhətçisi Firəngiz Ulutürk, layihənin redaktoru Səlim Babullaoğludur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR