Calaq vurmaq cox ince ve ustaliq teleb eden isdir

Calaq vurmaq cox ince ve ustaliq teleb eden isdir
16:28 26 Yanvar 2015
1735 Ölkə
Ölkə mətbuatı
A- A+


Terter, 26 yanvar, AzerTAc
Terter rayonunun Elesgerli kendi respublikamizda meyve tinglerinin yetisdirildiyi mekan kimi taninir. Bu kendin ehalisinin esas mesguliyyet novlerinden biri bagciliq ve tingcilik teserrufatidir.
Muxtelif meyve ve dekorativ agac tingleri yetisdiren kend sakini Mehemmed Sirinov ixtisasca aqronomdur.
Ozel tingcilik teserrufatinin rehberi M. Sirinov AzerTAc-a ekskluziv musahibesinde muxtelif nov agac tinglerinin yetisdirilmesi barede etrafli melumat verib.
-Elesgerli kendinin ehalisi ne vaxtdan tingcilikle mesguldur?
-Elesgerli ve etraf kendler kecmis Sovet Ittifaqi dovrunde narciliq sovxozu olub. Bu kendin ehalisi ele o dovrden meyve tingciliyi ile mesguldur. Olkemizin meyve tingine olan telebatinin 70 faizinden coxunu odeyen kendde her il bir milyondan artiq ting yetisdirilir.
-Kend sakinleri esasen hansi agac tingleri yetisdirirler?
-Kendde respublikamizda movcud olan milli genefonda uygun yerli agac cinslerinin ekseriyyeti yetisdirilir. Narin “Qirmizi melez”, “Azerbaycan guleysesi”, “Qirmizi nazikqabiq”, “Bala Mursel”, “Bahar”, alcanin “Goyce Soltan”, “Istanbul”, “Hibrit-Recebi-Kehreba”, “Qelebe”, gilasin “Okuzureyi”, “Napoleon”, “Ag Krim”, eriyin “Mayovka”, “Qirmiziyanaq”, “Ordubadi”, “Irevan”, “Badami”, almanin “Qendil-sinab”, “Simerenko”, “Qolden”, “Qirmizi palmet”, “Keyxura”, “Safran”, “Qizilehmedi”, “Aydarid”, seftelinin “Qizil yubiley”, “Fedai”, “Zeferan”, armudun “Yerli duses”, “Gurcu dusesi”, “Yayliq Vilyams”, “Bildircinbud”, “Mese gozeli”, “Letife”, “Meleyke”, “Pas armud”, “Abbasbeyi”, Serq xirniyinin “Sidles”, “Xiyakume”, “Jiro”, “Komo-kuro”, “Karolyok”, “Xaciya”, gavalinin “Qara Albuxari”, “Sari Albuxari”, “Vengerka”, “Armudu”, “Anna-Spetta”, “Yapon gavalisi”, “Hibrit gavali”, uzumun “Ag Huseyni”, “Agadayi”, “Rikasitella”, “Risi Baba”, “Xelili”, “Medrese”, “Tebrizi”, “Izabella”, “Xatunbarmagi”, “Kismisi”, tutun bir nece novu ve s. calanir. Burada meyve ve gilemeyvelerden basqa, hem de dekorativ agac ve kollar da - palma, Amerika tuyasi, konusvaris, sems, oleandir, leylandir, ionimes, liqustur, xan cinari, eldar sami, kuknar, qizil gulun bir bece novu becerilir.
-Hansi calaq usulundan istifade edirsiniz?
-Respublikamizda agaclarin calanmasi 10-dan artiq usulda heyata kecirilir. Biz esasen goz calagindan istifade edirik. Cunki bu usulla calaqlarin alma faizi yuksekdir. Calaq komponentleri yaxsi qovusur, calaqvurma zamani az qelem teleb olunur.
-Maraqlidir, bes calaq materiallarini nece elde edirsiniz?
-Calaqalti materiallar kimi cir agaclara ustunluk verilir. Bu materiallari esasen meselerden yigilan toxumlari sepib yetisdirmekle elde edirik. Calaqustu material kimi mehsuldar, saglam, yerli seraite davamli agaclardan istifade olunur. Erazide Azerbaycan Milli Elmler Akademiyasinin Genetik Ehtiyatlar Institutunun elmi-tedqiqat bazasi fealiyyet gosterir. Institutun emekdaslari kend sakinlerini elit agaclarin calaqustu goz materiallari ile temin edir, fermerlere lazimi tovsiyeler verirler.
-Deye bilersinizmi, calaq isi ilin hansi dovrunde ve nece heyata kecirilir?
-Calaq vurmaq cox ince ve ustaliq teleb eden isdir. Yay movsumunde meyvesi beyenilen medeni agaclara nisanelar qoyulur. Calaq vaxti hemin agaclarin birillik zogundan goz kimi istifade olunur. Qarabag zonasinda goz calagi esasen iyul ayinin 20-den avqustun 10-dek davam edir. Faras vurulmus agaclarin polietilen sargisi 25-30 gun sonra kesilir. Sentyabrin 20-den sonra vurulan calaqlarin sargisi ise mart ayinda kesilir. Calanmis gozler yazda - oyanmazdan cox evvel her toxmacarin gozden yuxari hissesi kesib atilir. Calaq iki ile basa gelir. Birinci il cir calaqaltilar becerilir. Ikinci il ise medeni agaclara qulluq olunaraq satisa cixarilir. Amma agaclarin satisinda bir qeder cetinlik cekirik. Ting bazarlarinin acilmasi, tingcilikde istifade edilen mini texnikalarin respublikaya getirilerek fermerlere lizinq yolu ile verilmesi bu sahenin inkisafina destek olar.
Dovletimiz terefinden aqrar sahenin inkisafina gosterilen diqqet ve qaygiya, xususile Azerbaycan Prezidenti Ilham Eliyevin muvafiq Serencami ile 2015-ci ilin olkede “Kend teserrufati ili” elan olunmasina gore minnetdarligini ifade eden Mehemmed Sirinov bildirib ki, fermerlere her hektara gore 40 manat subsidiya verilmesi, onlarin mineral gubre ile guzestli qiymetlerle temin edilmesi bu qayginin bariz numunesidir. Onun qenaetine gore, 2015-ci ilin “Kend teserrufati ili” elan edilmesi olkemizde aqrar sektorun daha da inkisaf etdirilmesinde mustesna rol oynayacaqdir.
Tahir Agamemmedov
AzerTAc-in muxbiri






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR