Azərbaycan və Gürcüstan saziş imzalayacaqlar

Azərbaycan və Gürcüstan saziş imzalayacaqlar
12:37 10 Avqust 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın vaxtlarda Azərbaycan və Gürcüstan arasında Kür çayının ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı saziş imzalanacaq.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib. O bildirib ki, Azərbaycan Kür çayında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində beynəlxalq səviyyədə xeyli işlər görüb.

Gürcüstan hökuməti ilə imzalanacaq sazişi qeyd edən direktor müavini hesab edir ki, sənədin imzalanmasından sonra Kür çayının ekoloji vəziyyətində xeyli irəliləyiş olacaq: "Sözügedən məsələ ilə bağlı Azərbaycan Gürcüstan hökuməti ilə iki ilə yaxındır ki, müzakirələr aparır və bu istiqamətdə aparılan danışıqlar artıq yekunlaşmaq üzrədir".

M.Avazova hesab edir ki, sazişdən sonra Kür çayının Gürcüstan hissəsində ekoloji durum xeyli yaxşılaşacaq: "Gürcüstanla Azərbaycan arasında Kür çayının su ehtiyatının idarə olunması üzrə saziş artıq iki ilə yaxındır müzakirə olunur. Diplomatik kanallarla və xarici işlər nazirlikləri səviyyəsində danışıqlar gedir. Müzakirələr bitdikdən sonra iki dövlət arasında saziş imzalanacaq. Bundan sonra qarşı tərəf bu istiqamətdə - suyun keyfiyyətinin yaxşılaşdırılması üçün istəsə də, istəməsə də üzərinə düşən məsuliyyəti həyata keçirməli olacaq. Düşünürəm ki, sazişin imzalanmasından sonra Kür çayında çirklənmənin qarşısını almaq mümkün olacaq".

Nazirlik rəsmisi qeyd edib ki, 10 ildir ki, Azərbaycan "Transsərhəd su axınları" adlı Avropa Konvensiyasına qoşulub və qurum 4 ildən bir suyun keyfiyyətinin qiymətləndirilməsi üçün hesabatlar hazırlayır.

Nazirlik rəsmisinin sözlərinə görə, beynəlxalq hesabatlarda Kür və Araz çaylarının yuxarı axınlarda güclü çirklənməyə məruz qaldığı qeyd olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR