Bakı, 10 avqust, AZƏRTAC
“Unibank” avqustun 10-dan etibarən təhsil haqlarının “ALBALI PLUS” kartları ilə ödəniş kampaniyasına başlayır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, artıq təhsil haqqı kart sahibinin istəyinə uyğun olaraq 6 və ya 12 ay müddətinə ödənilə bilər. Bunun üçün kart sahibi bankın mərkəzi ofisinə, həmçinin “Əcəmi”, “Neftçilər”, “Mərdəkan” və “Sumqayıt” filiallarına yaxınlaşıb vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir.