"Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı

"Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
11:42 10 Avqust 2015
41 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Yanq Boyz" İsveçrə çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Bern klubu IV tur çərçivəsində "Tyun"la qarşılaşıb.

"Stat de Suiss" stadionunda baş tutan görüş meydan sahibi "Yanq Boyz"un qələbəsi ilə yekunlaşıb - 3:1. Milan Vilotiçin 13-cü dəqiqədə vurduğu qola qonaqlar 26 dəqiqə sonra qarşılıq veriblər. İlk hissənin son dəqiqəsində paytaxt klubu azlıqda qalıb. Gillaume Oaru qırmızı vərəqəyə "layiq görülüb". "Yanq Boyz" azlıqda qalmasına baxmayaraq, Milan Qayiç (45+2) və Haris Tabakoviçin (84) qolları sayəsində 3 xalı aktivinə yazdırıb.
 
Bu, Bern klubunun Super Liqada ilk qələbəsi olub. Buna qədər komanda ilk 3 turda rəqibləri ilə heç-heçə etmişdi. 4 turdan sonra "Qarabağ"ın rəqibi 6 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Lider "Bazel"in isə aktivində 12 xal var.
 
"Yanq Boyz" "Tyun"la matça bu heyətlə çıxıb: Mvoqo; Skott Sutter, Vilotiç, von Bergen, Leçyaks, Qayiç (Zakaria, 76), Qonzales (Haderqonay, 90+1), Kubo (Tabakoviç, 60), Bertone, Nuzzolo, Oaru
 
Qeyd edək ki, "Qarabağ"la "Yanq Boyz" arasındakı oyunlar avqustun 20-də və 27-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR