İstanbulda ABŞ konsulluğuna hücum: yaralılar var (VİDEO, FOTO)

İstanbulda ABŞ konsulluğuna hücum: yaralılar var (VİDEO, FOTO)
12:46 10 Avqust 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə polisi İstanbuldakı ABŞ konsulluğuna hücum etməkdə şübhəli bilinə qadını saxlayıb. Bu barədə Reuters agentliyi Türkiyənin NTV kanalına istinadən məlumat yayıb.

CNN Turk telekanalının verdiyi xəbərə görə, bazar ertəsi səhər saatlarında iki nəfər naməlum şəxs İstanbuldakı ABŞ konsulluğunun binasını atəşə tutub. İlkin məlumatlara görə, hücum edənlərdən biri qadın olub. Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olub.

Yaralananlar barəsində hələlik məlumat yoxdur.

Hadisə yerinə gələn polis əməkdaşları və hücum edənlər arasında atışmanın baş verdiyi bildirilir. Hal-hazırda digər cinayətkarın saxlanılması üzrə xüsusi əməliyyat keçirilir.


Hadisə yerindən görüntü



Həmçinin oxuyun: İstanbulda güclü partlayış: yaralılar var (VİDEO, FOTO)


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR