İyulda BTC kəməri ilə 2,6 milyon tondan çox Azərbaycan nefti nəql edilib

İyulda BTC kəməri ilə 2,6 milyon tondan çox Azərbaycan nefti nəql edilib
13:08 10 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC
İyulda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 614 min 50 ton Azərbaycan nefti nəql olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında BTC ilə 16 milyon 859 min 504 ton neft ötürülüb. Ümumiyyətlə, BTC istifadəyə verilən gündən cari il avqustun 1-ə kimi bu kəmərə 280 milyon 684 min 200 ton neft vurulub.
Ötən ay BTC ilə 378 min 753 ton Qazaxıstan və Türkmənistan nefti də nəql edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iyulda_BTC_kemeri_ile_26_milyon_tondan_chox_Azerbaycan_nefti_neql_edilib-876440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR