Bakıda 30 yaşlı gənci ilan sancıb

Bakıda 30 yaşlı gənci ilan sancıb
13:11 10 Avqust 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bir nəfəri ilan sancıb. Hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Təcili Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, 1985-ci il təvəllüdlü Suraxanı rayon sakini Elnur Atakişiyev axşam saatlarında evinin həyətinə girərkən onu topuq nahiyəsindən ilan sancıb.

Yaralını ailə üzvlərinin köməyi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə çatdırıblar.

Toksokologiya şöbəsindən verilən məlumata görə, xəstəyə lazımı tibbi yardım göstərilib. Yaralının vəziyyəti orta ağırdır.

Ölkənin baş toksikoloqu Azər Maqsudovun ANS PRESS-ə verdiyi açıqlamaya görə bu ilin may ayından indiyədək Azərbaycanda 14 nəfəri ilan sancıb. "İlan vuranlardan 2 nəfəri uşaqdır. Bundan başqa, 4 nəfəri əqrəb, 1 nəfəri isə qaraqurd sancıb".

"Şükürlər olsun ki, müraciət edənlər arasında ölüm halları qeydə alınmayıb”, - deyə Azər Maqsudov bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=357571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR