Avropa Oyunlarının çırağını Qusar ictimaiyyətinə təqdim edən məzundan qəbul imtahanlarında yüksək nəticə

Avropa Oyunlarının çırağını Qusar ictimaiyyətinə təqdim edən məzundan qəbul imtahanlarında yüksək nəticə
13:23 10 Avqust 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Qusar, 10 avqust, Elxan Yusifli, AZƏRTAC
Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal qapısı sayılan Qusarda böyük coşqu ilə qarşılanmışdı. Mərasimə qatılanlar həmin anları indi də iftixar hissi ilə xatırlayırlar. Həmin tədbirdə Qusar şəhər 1 nömrəli məktəbin XI sinif şagirdi Lalə Ağadadaşova Avropa Oyunlarının çırağını Qusar ictimaiyyətinə təqdim etməklə hamının sevimlisinə çevrilmişdi.
AZƏRTAC xəbər verir ki, Lalə Ağadadaşova bu il ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticə göstərərək, Qusar rayonu üzrə 600-dən çox bal toplayan beş məzundan biri olmağı bacarıb.
IV ixtisas qrupu üzrə imtahan verərək 626 bal toplayan L.Ağadadaşova AZƏRTAC-a müsahibəsində tibb sahəsində təhsil alacağını deyib: “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında müalicə işi ixtisası üzrə təhsil alacağam. Tibb sahəsində çalışmaq ən böyük arzularımdan biri idi. Bu sahəni seçməyimdə valideynlərimin tövsiyələri də böyük rol oynayıb. Yüksək bal topladığıma görə müəllimlərimə və valideynlərimə minnətdaram”.
Qusar rayonu üzrə ən yüksək nəticəni isə şəhər 2 nömrəli məktəbin məzunu Roman Əsgərov göstərib. O, qəbul imtahanlarında 645 bal toplayıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Oyunlarinin_chiragini_Qusar_ictimaiyyetine_teqdim_eden_mezundan_qebul_imtahanlarinda_yuksek_netice-876443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR