"Ronaldu, Beyl, Serxio Ramos və Xames Rodriges..."

"Ronaldu, Beyl, Serxio Ramos və Xames Rodriges..."
13:27 10 Avqust 2015
54 İdman
Ölkə mətbuatı
A- A+

"Real Madrid" yeni mövsümə hazırlıq öncəsi Norveç səfərini də başa vurub. "Kral klubu" yerli "Valerenga" klubu ilə qolsuz bərabərə qalıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Rafael Benites oyun haqqında fikirlərini bölüşüb. 

"Bu, yoldaşlıq oyunu idi. Komandam fərqlənmək üçün kifayət qədər imkan qazandı. Futbolçularda inkişaf hiss olunsa da, tam razı qalmadım. Qol epizodları zamanı rəqibə təzyiq və top qazanmaq yaxşı idi. Heyətdə bəzi futbolçuların olmaması özünü göstərdi. Komanda 20 qol vəziyyəti yaratdı, buna görə qol görmək istərdim. Deyəsən, azarkeşlər bundan razı qaldılar. Standart vəziyyətləri yerinə yetirəcək futbolçunu seçmək üçün 15 gün vaxtımız var. Ronaldu, Beyl, Serxio Ramos və Xames Rodriges bu vəzifənin öhdəsindən əla gələ bilirlər. Transfer bazarı avqustun 31-nə kimi açıqdır. Yenilik olsa, açıqlanacaq". 

Benites heyətdəki bəzi futbolçular haqqında da danışıb. "Martin Edeqorun böyük istedadı var. "Valerenga" ilə matç hazırlıq xarakteri daşısa da, o, bacarığını nümayiş etdirdi. Edeqorun yerində olsaydım, "Real"da oynadığıma görə xoşbəxt olardım. Belə keyfiyyətli futbolçunu istənilən vaxt istifadə etmək olar. Beyl bu oyunda sol cinah və mərkəzə nəzarət edirdi. Ona sərbəstlik vermişdim. Bu, Qaret üçün vacibdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR