Bu gün ABŞ-ın İstanbuldakı konsulluğuna silahlı hücum edən şəxslərdən biri saxlanılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Sarıyer səmtində şəxsiyyəti məlum olmayan iki nəfər ABŞ-ın İstanbuldakı konsulluğuna atəş açıb. Hadisəyə polis müdaxilə edib. Terrorçular hadisə yerindən qaça bilib. Terrorçulardan qadın olanı yaralı olduğu üçün yaxınlıqdakı evlərin birində gizlənib. Qadın terrorist polis tərəfindən yaxalanıb.