Ucarda avtomobil aşdı, ölən var

Ucarda avtomobil aşdı, ölən var
13:31 10 Avqust 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Qəzyan kəndində qeydə alınan qəza zamanı avtomobilin sürücüsü yerindəcə dünyasını dəyişib.

Ucar rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Ucarın Qazyan kənd sakini Səbuhi Əhədov idarə etdiyi “BMW” markalı avtomobillə Ucar-Zərdab yolunun 3-cü kilometrliyində idarəetməni itirərək avtomobili yolun kənarındakı dərəyə aşırıb.

Qəza nəticəsində sürücü S. Əhədov hadisə yerində dünyasını dəyişib.

“Hadisəyə səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub”- deyə Ucar Polis İdarəsindən bildirdilər.

Faktla bağlı Ucar rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi üzrə cinayət işi açılıb, araşdırma davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR