"Qəbələ" həbs edilən futbolçu haqda açıqlama yaydı

"Qəbələ" həbs edilən futbolçu haqda açıqlama yaydı
13:47 10 Avqust 2015
129 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" klubu jurnalist Rasim Əliyevin öldürülməsinə görə şübhəli şəxs qismində saxlanılan Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovla bağlı açıqlama yayıb.

Qol.az-ın xəbərinə görə, klubun rəsmi Facebook səhifəsi vasitəsilə yayılan açıqlama deyilir:

"Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir.

Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olub, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılıb.

Həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR