Solomon adalarında 6,9 bal gücündə zəlzələ olub

Solomon adalarında 6,9 bal gücündə zəlzələ olub
13:48 10 Avqust 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC 
Sakit Okeanın cənubundakı Solomon adalarında 6,9 bal gücündə zəlzələ olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Geoloji Araşdırma Mərkəzi episentri paytaxt Honiaranın 214 kilometr qərbində olan zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Zəlzələdən 12 dəqiqə sonra 5,7 bal gücündə daha bir yeraltı təkan baş verib. Ölən və ya yaralanan olmayıb, sunami xəbərdarlığı elan edilməyib.
Solomon adaları 990-dan çox adadan ibarətdir, təxminən 620 min əhalisi var.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Solomon_adalarinda_69_bal_gucunde_zelzele_olub-876449

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR