Türkiyədə PKK-çılar hərbi helikopterə atəş açıblar. Lent.az-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə, Şırnaq vilayətinin Beytüşşebap qəsəbəsində helikopterə atəş açılıb. Hadisə zamanı 1 hərbçi şəhid olub, 1-isə yaralanıb. Yaralı əsgər xəstəxanaya çatdırılıb.
Bundan sonra Türkiyə ordusuna aid helikopterlər PKK düşərgələrini bombardman edib.