Gürcüstanın yeni daxili işlər naziri təyin olunub

Gürcüstanın yeni daxili işlər naziri təyin olunub
16:38 26 Yanvar 2015
85 Dünya
Ölkə mətbuatı
A- A+


Tbilisi, 26 yanvar, AzərTAc
Gürcüstanın yeni daxili işlər naziri təyin olunub.
AzərTAc Gürcüstanın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə əvvəlki nazirin birinci müavini işləyən Vaxtanq Qomelauri təyin olunub.
V. Qomelauri Baş nazirin ona göstərdiyi etimadı doğruldacağını bildirib.
Yeni nazir 2013-cü ilədək keçmiş Baş nazir, iş adamı Bidzina İvanişvilinin şəxsi təhlükəsizlik xidmətinin rəisi olub.
Qeyd edək ki, sabiq daxili işlər naziri Aleksandr Çikvaidze yanvarın 23-də tutduğu vəzifədən istefa vermişdi.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanin_yeni_daxili_isler_naziri_teyin_olunub-827542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR