x
Loading...

"Qəbələ" Cavid Hüseynovun bibisi oğlu ilə bağlı bəyanat yaydı

"Qəbələ" klubu vəfat edən jurnalist Rasim Əliyevin döyülməsinə görə saxlanılan Elşən İsmayılovla bağlı bəyanat yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Jurnalist Rasim Əliyevin öldürülməsinə görə təqsirləndirilən və hüquq-muhafizə orqanları tərəfindən saxlanılan Elşən İsmayılovun "Qəbələ"nin əvəzedici komandasının üzvü olduğu bildirilir. Diqqətinizə çatdırırıq ki, 2013-cü ilin iyul ayının 20-i perspektiv vəd edən futbolçu kimi "Qəbələ"nin əvəzedici komandasına cəlb olunan İsmayılov cəmi 6 ay əvəzedicilərin heyətində olmuş, ümidləri doğrultmadığına görə komandadan uzaqlaşdırılmışdır. Xatırladaq ki, həmin zaman Cavid Hüseynov "Qəbələ "də çıxış etmirdi".

Qeyd edək ki, Elşən İsmayılov Cavid Hüseynovun bibisi oğludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR