x
Loading...

Çayların sululuğu ilə bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb

Çayların sululuğu ilə bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb
12:58 10 Avqust 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC 
Avqustun 10-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 20-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi saniyədə 75 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 10 kubmetr təşkil edib.
Kür çayının aşağı axınında suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 328, Şirvanda 169, Salyanda 105, Bankədə 175, Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetrdir.



 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHaylarin_sululugu_ile_bagli_aparilan_arasdirmanin_neticeleri_achiqlanib-876453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR