Rasimlə Cavidin valideynləri sinif yoldaşı olublar...

Rasimlə Cavidin valideynləri sinif yoldaşı olublar...
14:05 10 Avqust 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Avqustun 8-də bir qrup naməlum şəxs tərəfindən döyülərək ağır və çoxsaylı bədən xəsarətləri alan, bir gün sonra yerləşdirildiyi klinikada vəfat edən jurnalist Rasim Əliyevlə bağlı sosial şəbəkədə maraqlı məlumat paylaşılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yayılan məlumata görə, mərhum jurnalist Rasim Əliyev və futbolçu Cavid Hüseynovun valideynləri sinif yoldaşı olublar.

Qeyd edək ki, jurnalistin ölümündə şübhəli bilinərək saxlanılanlar arasında futbolçu Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovun da adı çəkilmişdi.

"Qafqazinfo" məsələni dəqiqləşdirmək üçün  futbolçunun qohumlarından biri ilə əlaqə saxlayıb. Həmin şəxsin sözlərinə görə, bu barədə məlumatı da ona C.Hüseynovun anası Xalidə xanım verib. Cavidin qohumu bildirib ki, futbolçunun atası, şəhid Şakir Abbasov Cəbrayılın Qaracallı kəndindən, Rasimin anası isə qonşu Süleymanlı kəndindən olub. Onlar eyni məktəbdə və eyni sinifdə oxuyublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR