Türkiyədə polislə terrorçular arasında silahlı atışma olub (VİDEO, FOTO)

Türkiyədə polislə terrorçular arasında silahlı atışma olub (VİDEO, FOTO)
14:06 10 Avqust 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə İstanbulun Sultanbəyli rayonunda Fatih polis mərkəzinin qarşısında istintaq aparan polislə terrorçular tarasında atışma olub. ANS PRESS-in məlumatına görə, həmin yerdə dünən gecə baş verən partlayışdan sonra polis terrorçuları tapmaq üçün zirehli maşınlarla arxa küçələrdə axtarış aparıb.

Əməliyyat zamanı səhər saat 6:45-də terrorçular polisə atəş açıblar. Polis də silahla qarşılıq verərkən atışma baş verib. Hər iki tərəfdən itki olub. Bir polis, iki terrorçu ölüb. Bir sıravi vətəndaş isə qolundan yaralanıb.

Atışma kamera ilə anbaan çəkilib.



Polislə terrorçular arasında baş verən atışmanın görüntüsü
Foto: AA


Fatih polis mərkəzinin qarşısında partlayış dünən gecə törədilib. Nəticədə 5 polis və 2 dinc sakinin yaralanıb. Partlayışdan sonra 3 mərtəbəli binada yanğın baş verib. Binanın bir hissəsi çöküb. Terror aktının baş verdiyi yerə yaxın ev və maşınlara da ziyan dəyib.


Partlayışdan sonrakı görüntü

Partlayışdan sonra binada yanğın olub.



Partlayışdan sonra hadisə yerinə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb. Yanğınsöndürənlər alovun qarşısını ala bilib.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub və araşdırmalara başlanılıb. Bundan başqa terror aktını törədənlərin tapılması üçün xüsusi əməliyyat başladılıb.




Polisin keçirdiyi əməliyyatdan görüntülər
Foto: AA

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR