İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Hacıqabul-Horadiz magistralının 84-cü kilometrliyində qeydə alınıb.
Rayonun Qürbəli kəndi ərazisində Sumqayıt şəhər sakini, Mürsəlli kəndində müvəqqəti yaşayan, 1968-ci il təvəllüdlü Soltanov Sahib Nüsrət oğlu naməlum avtomobil tərəfindən vurulub. Sürücü avtomobillə birlikdə hadisə yerindən qaçıb. Hazırda avtomobilin və sürücünün axtarışları davam etdirilir.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.