x
Loading...

“Apple” şirkətinin baş direktorunun təhlükəsizliyi hansı məbləğə başa gəlir?

“Apple” şirkətinin baş direktorunun təhlükəsizliyi hansı məbləğə başa gəlir?
13:16 10 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Populyar “Patently Apple” saytı ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına təqdim edilmiş “Schedule 14A” hesabatını dərc edib. Hesabata əsasən, ABŞ-ın “Apple” şirkəti baş direktor Tim Kukun təhlükəsizliyi üçün ildə 700 min dollar vəsait xərcləyir.
 
Hesabatda, həmçinin baş direktora ayrılmış bütün xərclər qeyd edilib: Tim Kukun hesabına 15600 dollar ödənilir, həyat sığortası üçün 2520 dollar, məzuniyyəti üçün 56923 dollar və bilavasitə təhlükəsizliyinin təmininə 699133 dollar xərclənir.
 
Qeyd edək ki, başqa şirkətlərlə müqayisədə “Apple” şirkəti öz baş direktorunun təhlükəsizliyinə bir o qədər çox xərcləmir.
 
"ICTnews" elektron xəbər xidməti “4pda.ru” saytına istinadən bildirir ki, müqayisə üçün, 2013-cü ildə “Amazon” internet şirkəti baş direktor Cef Bezosun təhlükəsizliyinə 1,6 milyon dollar ayırıb, “Oracle” şirkəti isə həmin il Larri Ellisonun təhlükəsizliyinə 1,5 milyon dollar xərcləyib.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-38121-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR