x
Loading...

Avropa çempionatında uğurlu nəticə

Avropa çempionatında uğurlu nəticə
13:32 10 Avqust 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Estoniyanın Tartu şəhərində velosiped idmanının şosse növü üzrə 23 yaşadək velosipedçilər arasında Avropa çempionatı başa çatıb. Yarış Azərbaycan yığma komandası üçün uğurlu nəticə ilə yadda qalıb.


Fanat.az xəbər verir ki, komandamızın üzvü, 21 yaşı ötən ay tamam olan Samir Cəbrayılov bu yaş qrupunda Azərbaycan velosipedinin ən yüksək nəticəsinə imza atıb. "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan idmançımız 161 km məsafəni Avropa çempionu titulunu qazanan slovakiyalı Erik Baska ilə eyni vaxtda başa vurub - 3 saat, 36 dəqiqə, 49 saniyə.


Fotofinişə əsasən Samir Cəbrayılov yekun sıralanmada 160 iştirakçı arasında 14-cü nəticə göstərib. Xatırladaq ki, ötən il İsveçrədə təşkil olunmuş anoloji yarışda Elgün Əlizadə gənclər arasında 12-ci olmuşdu.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropa-cempionatnda-uurlu-ntic-t43174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR