Sumqayıt şəhərində səyyar şəkildə protez-ortopedik bərpa xidməti təşkil ediləcək

Sumqayıt şəhərində səyyar şəkildə protez-ortopedik bərpa xidməti təşkil ediləcək
14:48 10 Avqust 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Sumqayıt şəhərində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRRTAC- a bildiriblər ki, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada iki gün ərzində, yəni avqustun 11-12-də saat 9.00-dan 18.00-dək nazirliyin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində (Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 40) əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin edəcək.
Səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, Sumqayıt şəhərində yaşayan və protez-ortopedik məmulatlara, müxtəlif reabilitasiya vasitələrinə ehtiyac duyan digər şəxslər də göstərilən vaxtda və ünvanda səyyar briqadaya müraciət edə bilərlər.
Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb və hər ay bir dəfədən az olmayaraq respublikamızın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayit_seherinde_seyyar_sekilde_protez_ortopedik_berpa_xidmeti_teskil_edilecek-876469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR