“Bakı” İstilik Elektrik Mərkəzində ötən il elektrik enerjisinin istehsalı 627,8 milyon kilovat-saatdan artıq olub

“Bakı” İstilik Elektrik Mərkəzində ötən il elektrik enerjisinin istehsalı 627,8 milyon kilovat-saatdan artıq olub
16:43 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
“Bakı” İstilik Elektrik Mərkəzində ötən il elektrik enerjisinin istehsalı 627,8 milyon kilovat-saatdan artıq olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, paytaxtın müəyyən hissəsinin elektrik enerjisi tələbatının təmin edilməsində müstəsna rol oynayan elektrik mərkəzinin dayanıqlılığı artırılıb. Hazırda burada sutka ərzində təxminən 2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunur. Əlavə tələbat yaranacağı halda, bu həcmin daha da artırılması imkanları mövcuddur. Stansiya dispetçer qrafikinə uyğun iş rejimində fəaliyyətini davam etdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Istilik_Elektrik_Merkezinde_oten_il_elektrik_enerjisinin_istehsali_6278_milyon_kilovat_saatdan_artiq_olub-827545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR