Azərbaycanda vəzifəli şəxs kabinetində keçindi

Azərbaycanda vəzifəli şəxs kabinetində keçindi
15:01 10 Avqust 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi iş otağında ölüb.

ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə etibarlı mənbədən xəbər daxil olub.

Belə ki, bu gün günorta saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin 63 yaşlı məsul işçisi Məmmədov Tariyel Nadir oğlu iş otağında qəflətən dünyasını dəyişib.

Onun iş başında olarkən özünü qəflətən pis hiss etdiyi bildirilib. Gəncə Şəhər Təcili Tibbi Yardım briqadası hadisə yerinə gələn zaman onun dünyasını dəyişdiyini görüblər.

Ehtimal olunur ki, mərhum infarktdan dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=357584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR