Bakıda avtobus qəza törətdi: yaralanan var

Bakıda avtobus qəza törətdi: yaralanan var
16:44 26 Yanvar 2015
233 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin daşıyan marşrut avtobusu qəza törədib. Lent.az-ın “report”a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda, keçmiş “Komsomol” dairəsində baş verib. Belə ki, 49 saylı marşrut avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü xəsarət alıb. Hadisə zamanı avtobusda sərnişinlər olsa da, onlar xəsarət almayıb.

Qəza hər iki nəqliyyat vasitəsinin “Komsomol” dairəsinə daxil olması zamanı baş verib. Belə ki, sürücülər bir-birinə yol verməyib.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR