Monqolustanda 5 əsirlik tarixi yaşı olan monastır milyonlarla xarici turistin ziyarətgahına çevrilib

Monqolustanda 5 əsirlik tarixi yaşı olan monastır milyonlarla xarici turistin ziyarətgahına çevrilib
15:13 10 Avqust 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, Ceyhun Alışov, AZƏRTAC
Monqolustanda 5 əsrlik tarixi yaşı olan "Erdənə Zuu" adlandırılan buddist monastırı bu il milyonlarla insanın ziyarətgahına çevrilib.
AZƏRTAC Cihan agentliyinə istinadla xəbər verir ki, monastır Övörkhangay bölgəsinin yaxınlığında yerləşən, monqolların qədim paytaxtı olan Qaraqurumda (Harhorin) yerləşir. UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilən bu abidə milyonlarla yerli və xarici turistlər üçün açıq elan olunub. Monastırda dua etmək məqsədilə inşa edilmiş 102 heykəl insanlar tərəfindən maraqla qarşılanır. Monastırda aparılan tarixi araşdırmalar zamanı məlum olub ki, insanlar abidədən Tibet buddizminin yayılma mənbəyi kimi istifadə ediblər.
Qeyd edək ki, hazırda muzey kimi fəaliyyət göstərən "Erdənə Zuu" monastırı 1585- ci ildə tikilib.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Monqolustanda_5_esirlik_tarixi_yasi_olan_monastir_milyonlarla_xarici_turistin_ziyaretgahina_chevrilib-876482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR