x
Loading...

PKK Türkiyə helikopterini vurdu

PKK Türkiyə helikopterini vurdu
14:26 10 Avqust 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 11 radələrində Türkiyədə hərbi helikopter PKK terrorçuları tərəfindən vurulub. Hadisə Şırnak vilayətində baş verib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PKK terrorçularının raket zərbəsi nəticəsində vertolyotda olan iki türk əsgəri ağır vəziyyətdə Şırnakda yerləşən hərbi qospitala gətirilib.

Lakin həmin əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Baş verən hücumdan dərhal sonra Şırnak sərhəd qoşunlarından havaya qalxan Kobra helikopterləri hadisəni törədən PKK terrorçularının olduğu əraziləri bombardman və güllə atəşinə tutublar.

Nəticədə bombalanan ərazilərdə yanğın başlayıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=357589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR