"İşte Benim Stilim" yarışmasının məşhur iştirakçısı Nazlı Hamaratın həyat yoldaşı Emir Şaşmaz Ukraynada öldürülüb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu haqda ilk xəbəri keçmiş ifaçı Erol Köse sosial mediada yazıb. O, Şaşmazın bir müddətdir Ukraynada qeyri-qanuni işlər gördüyünü, qadın alveri və brilyant qaçaqçılığı etdiyini iddia edib. O, soyadı oxşadığı üçün Emirin özünü aktyor Necati Şaşmazın qardaşı kimi təqdim edərək insanları aldatdığını da yazıb.
Bunun ardınca Nazlı Hamarat "Hələ məlumat dəqiq deyil, araşdırırıq" cümləsini paylaşsa da, dünən xəbərin dəqiqləşdiyini yazıb:
"Həyat yoldaşımın ölümü dəqiqləşdi. Allah bizə səbr versin, sevgili ərim yoxdur artıq...".
Qeyd edək ki, Emir Şaşmaz 90-cı illərdə musiqi, serial, reklam və klip işləri ilə adını tanıdıb.