x
Loading...

İlham Əliyev səfirlə vidalaşdı (FOTO)

İlham Əliyev səfirlə vidalaşdı (FOTO)
14:36 10 Avqust 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

ANS PRESS-in məlumatına görə, səfir Nikolay Patskeviç ilk növbədə birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili və idmançılarımızın əldə etdiyi böyük uğurlar münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. O, birinci Avropa Oyunlarına hazırlıq və Oyunların keçirilməsi işlərində Azərbaycan xalqının vahid bir komanda kimi çıxış etməsini xüsusilə vurğulayaraq deyib ki, Azərbaycan bu tədbirin belə səviyyədə keçirilməsi ilə bir daha özünü bütün dünyaya müasir, müstəqil və inkişaf edən bir ölkə kimi nümayiş etdirdi.

Birinci Avropa Oyunları ilə bağlı deyilən xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlət başçısı həqiqətən də bu Oyunların təşkili və keçirilməsində xalqımızın birlik nümayiş etdirdiyini dedi və iki milyondan artıq insanın məşəlin gətirilməsi mərasimlərində iştirak etməsini bunun yaxşı göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini müstəqillik dövründə həm miqyas, həm də milli ruhun yüksək olması baxımından ən böyük hadisələrdən biri kimi qiymətləndirdi.

Səfir Nikolay Patskeviç Belarus-Azərbaycan münasibətlərinə toxunaraq bu münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, Azərbaycan və Belarus prezidentlərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində qarşıya qoyduqları vəzifələrin uğurla icra olunduğunu deyib. Əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan səfir ölkələrimizin beynəlxalq səviyyədə də sıx əməkdaşlıq etdiyini bildirdi və Belarus ilə Azərbaycan arasında mövcud olan qarşılıqlı hörmət və səmimi münasibətlərin xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Prezident İlham Əliyev Nikolay Patskeviçin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib. Azərbaycan Prezidenti əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı dövlət başçıları tərəfindən müəyyən edilmiş vəzifələrin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirib.

Dövlət başçısı Belarus-Azərbaycan əlaqələrinin dostluq münasibətləri əsasında inkişaf etdiyini vurğulayıb. İkitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyi ifadə edən Prezident İlham Əliyev Nikolay Patskeviçə gələcək fəaliyyətində uğurlar arzulayıb.


İlham Əliyev - Azərbaycan Prezidenti və Nikolay Patskeviç - Belarus səfiri

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR