ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys təxirə salındı

ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys təxirə salındı
16:47 26 Yanvar 2015
59 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da şərq sahillərinə yaxınlaşan güclü qar çovğunu ilə əlaqədar 3,5 mindən artıq təyyarə reysi təxirə salınıb.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

ABC telekanalının “FlightAware.com” saytına istinadən verdiyi məlumata görə, bazar ertəsi yerli vaxtla səhər saat 05 radələrinə olan vəziyyət üzrə iki minə yaxın uçuş təxirə salınıb. Bundan əlavə, çərşənbə axşamına daha 1672 reys ləğv edilib. Çovğunun bazar ertəsi axşam saatlarında daha da güclənəcəyi gözlənilir.

Ağ Evin rəsmisi Coş Ernest deyib ki, hazırda Hindistanda səfərdə olan ABŞ prezidenti Barak Obama yaxınlaşmaqda olan qar çovğunu barədə məlumatlandırılıb. O da bildirilib ki, dövlət başçısının administrasiyası yağan güclü qarın yaratdığı problemlərin aradan qaldırılması üçün qüvvələrin səfərbər edilməsi məqsədilə yerli hakimiyyətlərlə əlaqə saxlayır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR