Topaz Premyer Liqasında I tur həyəcanı davam edir.
Metbuat.az xəbər verir ki, bu gün çempionatda iki görüş keçiriləcək. Turun mərkəzi matçı Qəbələdə oynanılacaq. Yerli komanda "Qarabağ"ı qəbul edəcək. Digər oyunda isə "Sumqayıt" "Rəvan"ın qonağı olacaq.
Hər iki görüş 21:00-da başlayacaq.
10 avqust
Azərbaycan Premyer Liqası, 1-ci tur
21:00. “Rəvan” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
“Bayıl Arena”
21:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu