x
Loading...

Dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna 4,7 milyon manat vəsait ayrılıb

Dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna 4,7 milyon manat vəsait ayrılıb
15:08 10 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC
İyulun 1-nə olan məlumata görə, dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna (AİF) ayrılmış vəsait 4,7 milyon manat təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 56,5 milyon manat olub. Bu göstərici ötən ay ilə müqayisədə 9,5 milyon manat çoxdur.
AİF tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri 8,3 milyon manat artaraq 37,8 milyon manat təşkil edib. Hesabat ayında AİF-in 10 milyon manat məbləğində istiqrazı yerləşdirilib. Verilən kreditlərin müddəti 279 ay, faiz dərəcəsi 6,73 faiz, aylıq ödənişlər isə 297,4 manatdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_budcesinden_Azerbaycan_Ipoteka_Fonduna_47_milyon_manat_vesait_ayrilib-876496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR