Qadağan edilən ad

16:48 26 Yanvar 2015
389 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Məftun Salmanov/

Fransanın Valensiyen şəhər məhkəməsi olduqca maraqlı qərar verib.

Trend-in Türkiyənin İHA agentliyinə istinadən verdiyi məlumata əsasən, məhkəmə son dövrlər yeni doğulan körpələrə verilən Nutella adını qida markası olması səbəbindən qadağan edib.

Məlumata görə, ötən ilin sentyabr ayında dünyaya gələn körpələrinə Nutella adını verən ailəyə uşağın adının dəyişdirilməsi təklif olunub. Bununla əlaqədar uşağın adı dəyişdirilərək ona Ella adı verilib.

Məhkəmənin qərarında deyilir ki, belə adların verilməsi uşaqların qondarma adlarla çağırılmasına əsas yaradır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR