İstanbulun Sarıyer səmtində ABŞ-ın Baş Konsulluğuna atəş açan terrorçulardan biri ələ keçirilib.
Milli.Az En Son Haber-ə istinadən bildirir ki, terrorçular iki nəfər olublar. Onların açdıqları atəş nəticəsində ölən və yaralanan olmayıb.
Polis terrorçulardan birini yaralayaraq ələ keçirib. Digər terrorçunun axtarışları davam edir.
Ələ keçən qadın terrorçu uzun illər boyu həbsxanada olmuş 51 yaşlı Hatice Aşkındır. O, əvvəllər DHKP-C terror qruplaşmasına qarşı yönəlmiş əməliyyatda tutulmuş, 2005-ci ildə isə "canlı bomba" qismində axtarışa verilmişdi.
Polislə atışmada Hatice Aşkın ayaqlarından 6 yara alıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.