Velosipedçimiz Ukraynada çempion oldu

Velosipedçimiz Ukraynada çempion oldu
16:18 10 Avqust 2015
39 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 10 iyul, AZƏRTAC
Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə Qaliçina “Qran-pri”sinə yekun vurulub.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında yığma komandamız 1 qızıl və 3 gümüş medal qazanıb.
Qızıl medalı aktivinə 500 metr məsafəyə sprint yürüşündə hamını qabaqlayan Sergey Omelçenko yazdırıb. Velosipedçimiz bundan başqa, 200 metr məsafəyə mübarizədə və keyrində aktivinə daha 2 gümüş medal əlavə edib.
Digər gümüş medala isə Yelena Pavluxina sahib olub. O, 10 kilometr məsafəyə skretç yarışında fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Velosipedchimiz_Ukraynada_chempion_oldu-876501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR