"Bakıeletrikşəbəkə"dən abonentlərə ŞAD XƏBƏR

"Bakıeletrikşəbəkə"dən abonentlərə ŞAD XƏBƏR
16:54 26 Yanvar 2015
183 Sosial
Ölkə mətbuatı
A- A+

“Bakıelektrikşəbəkə” ASC “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirir. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  bu aydan etibarən “Bakıelektrikşəbəkə” Bakı 2 saylı “ASAN Xidmət” mərkəzində də fəaliyyət göstərməyə başlayıb. Yaxın günlərdə isə Bakı 1 saylı “ASAN Xidmət” mərkəzində də abonentlərə xidmət göstərilməsinə başlanılacaq.

“Bakıelektrikşəbəkə” ASC tərəfindən şəffaflığın və operativliyin təmin edilməsi üçün “ASAN Xidmət” vasitəsi ilə əhaliyə aşağıdakı xidmətlər göstərilir:
məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması;
borcun olmamasına dair arayışın verilməsi;
elektrik enerjisi istehlakçısının dəyişdirilməsi;
borcun araşdırılması.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR