Ərdoğanı təhqir edən buraxıldı

Ərdoğanı təhqir edən buraxıldı
21:36 26 Dekabr 2014
91 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmək iddiası ilə həbs edilən 16 yaşlı gənc sərbəst buraxılıb.

ANS PRESS-in məlumatına görə, M.E.A azad edilsə də o, məhkəmə qarşısına çıxarılacaq. Günahkar bilinərsə lisey şagirdinə 4 ilədək həbs cəzası kəsilə bilər. Prokurorluğa verdiyi açıqlamasında gənc prezidenti təhqir etmək niyyətində olmadığını deyib.

Baş nazir həbs barədə qərarı müdafiə edərkən deyib ki, prezident ofisinə hörmət göstərilməlidir: "Kim olursa olsun, prezident ofisinə hörmət göstərməlidir. Bu hüquqi bir məsələdir”.

Müxalifət isə həbsi pisləyib. Konyadakı məhkəməni tərk edərkən gənc mübarizəni davam etdirəcəyini bildirib: "Faşist təzyiqlərə boyun əyməyəcəyik. Biz terrorçu deyilik. Biz Mustafa Kamalın əsgərləriyik. Buna görə bir gözdağı verildi bizə".

Qeyd edək ki, iddiaya görə, müxalifət CHP partiyasının gənclər təşkilatının Konya şəhərində keçirdiyi tədbirdə hökuməti korrupsiyada ittiham edən M.E.A prezidenti təhqir edib.

Türkiyə qanunlarına görə prezidenti təhqir etmək cinayət sayılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR