Nyu York-Baki reysini texire salmaq planlasdirilmir

Nyu York-Baki reysini texire salmaq planlasdirilmir
17:13 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azerbaycan, Baki, 26 yanvar /Trend, muxbir Emil Ismayilov/

Hazirda ABS-dan Baki vaxti ile saat 20:30-da ucmali olan Nyu York-Baki aviareysinin texire salinmasi barede melumat daxil olmayib.

Bu barede Trend-e Heyder Eliyev Beynelxalq Hava Limanindan ABS-in serq sahillerine yaxinlasan guclu qar covgunu ile elaqedar 3,5 minden artiq aviareysin texire salinmasi ile bagli meseleni serh ederken bildiribler.

Aeroportdan deyildiyi kimi, Bakidan ABS-a teyyare yerli vaxtla saat 06:00-da ucub Nyu Yorka 09:30-da (Baki vaxti ile 18:30-da) catmalidir. Eks istiqametde ise teyyare bazar ertesi yerli vaxtla saat 11:30-da (Baki vaxti ile 20:30-da) havaya qalxacaq ve cersenbe axsami yerli vaxtla saat 08:00-da paytaxtda yere enecek.

Hava limanindan deyibler: “Helelik ucusun texire salinmasi barede melumat verilmeyib, her sey qrafike uygun gedir”.

Meqale muellifi ile elaqe unvani: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR