Azərbaycanda ilk dəfə SAT imtahanı keçirilib

17:13 26 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il yanvarın 24-də ilk dəfə beynəlxalq SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanını keçirib.
TQDK-dan AzərTAc-a bildiriblər ki, imtahan saat 8.36-da başlanıb və saat 12.57-də başa çatıb. İmtahan təlimatlara uyğun olaraq keçirilib, iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb.
Nəticələrin yaxın vaxtlarda elan olunması nəzərdə tutulur. İmtahanda iştirak etmiş namizədlər öz səhifələrinə daxil olaraq imtahanın nəticələri ilə tanış ola biləcəklər.
TQDK tərəfindən növbəti SAT imtahanının 2015-ci il mayın 2-də keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlanıb və aprelin 7-si saat 9.00-dək davam edəcək. Maraqlananlar http://sat.collegeboard.org/register/sat-international-dates linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR