“Dilmanc”ın “iOS” əməliyyat sistemi üçün yeni versiyası istifadəyə verilib

17:17 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 17:13 ]


Bakı. Aynur Əliyeva – APA-Economics. “Dilmanc” layihəsi çərçivəsində hazırlanmış mobil telefonlar üçün tərcümə proqramının “iOS” əməliyyat sistemində çalışan versiyası istifadəyə verilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuta xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu proqram da digər “Dilmanc” məhsulları kimi ödənişsiz yayılır və istifadəçilər bu versiyanı öz “iPhone” və “iPad” qurğularına “App Store”-da "Dilmanc" axtarmaqla yükləyə bilərlər. Beləliklə, “Dilmanc” mobil tərcüməçidən “Apple” şirkətinin mobil qurğularının istifadəçiləri də yararlana biləcəklər.

 

Qeyd edək ki, mobil tərcüməçi proqramının “Android” əməliyyat sistemi üçün olan versiyası Azərbaycanda və ölkə xaricində çox populyar proqram məhsuludur. Bu vaxta qədər bu sistem 140 min dəfədən çox köçürülüb. “Google analytics”-ə görə, bu proqramdan təkcə 2015-ci ilin yanvar ayının 1-dən 22-nə kimi 40 minə yaxın insan tərəfindən dünyanın 65 ölkəsində 360 min dəfə istifadə edilib. Bu ölkələr arasında ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, İsveç və digər ölkələr var.

 

“Dilmanc” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR