Türkiyə səfiri Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib

Türkiyə səfiri Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib
17:17 26 Yanvar 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 17:10 ]

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun təmas xəttində baş verən atışma zamanı Azərbaycan əsgərlərinin şəhid olması ilə bağlı başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə səfir özünün “Twitter” səhifəsində yazıb.

 

“Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı diləyirəm”, - deyə diplomat qeyd edib.

 

Qeyd edək ki, Müdafiə Nazirliyi son döyüşlərdə Azərbaycan Ordusunun üç hərbçisinin şəhid olduğunu açıqlayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR