5 kiloluq turp (FOTO)

5 kiloluq turp (FOTO)
17:18 26 Yanvar 2015
379 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Məftun Salmanov/

Türkiyədə çəkisi 5,5 kiloqram olan qırmızı turp hər kəsin təəccübünə səbəb olub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu turpu Əli Küçükcan həyatyanı sahəsində yetişdirib.

30 ildir əkinçiliklə məşğul olan Ə.Küçükcan ilk dəfə belə turp gördüklərini deyir. O, turpu yeməyə heyifləri gəldiyini deyib: "Hər kəs turpla xatirə şəkli çəkdirir".

Mütəxəssislərin sözlərinə görə, bir qırmızı turpun normal çəkisi 150-250 qramdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR